<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>48</hymn_number>
<lyrics>[V1]
 İnan, dostum, inan, dostum, qadir Allah
 Öz Oğlunu qurban verdi sənə görə.
 Xilas etmək üçün səni ölümdən
 Öz Oğlunu O göndərdi Yer üzünə.

[C1]
   İzzətləndir, izzətləndir, İsa-Xilaskarımızdır!
   Alqış söylə, şükür söylə Allahına, Padşahına!

[V2]
 Ey insanlar, gözləyin, İsa gələcək,
 Gözləyənlər Onu göylərdə görəcək.
 Əbədi həyat İsa bizə verəcək,
 Öz xalqını Yer üzündən götürəcək.

[V3]
 Əziz dostum, gəl barış tez Allahla sən,
 Uzaqlaş dünyanın günah işlərindən.
 Allah qadirdir səni bağışlamağa,
 Sənə əbədi xoşbəxtlik verməyə.</lyrics>
<title>İnan, dostum, inan İL48</title>
</song>